Hörmətli alim və tədqiqatçılar,
Bakı Slavyan Universitetinin “Elmi əsərlər” jurnalı fəaliyyətə başlamasının 70 illik yubileyinə həsr olunmuş buraxılış üçün məqalə qəbulunu elan edir. Bu, universitetimiz, həm də Azərbaycan elmi üçün əhəmiyyətli bir tarixdir. Jurnalımızın tarixi 1955-ci ilə qədər gedib çıxır. “Elmi əsərlər” jurnalı “Dil və ədəbiyyat”, “İctimai və siyasi elmlər” seriyaları ilə ildə iki dəfə nəşr olunmuşdur.
Son illərdə etibarən “Elmi əsərlər” jurnalının müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində bir sıra işlər görülmüş, onun daha keyfiyyətli şəkildə nəşr edilməsi üçün redaksiya heyəti yenidən formalaşdırılmışdır.
Yubiley nömrəsi üçün aşağıdakı istiqamətlərdə məqalələrin təqdim edilməsi arzuolunandır:
- BSU-nun tarixi;
- BSU-nun “Elmi əsərlər” jurnalının inkişaf yolu;
- Görkəmli şəxsiyyətlərin BSU ilə əlaqələri;
- Universitetin Azərbaycan təhsil mühitində rolu və yeri;
- BSU-nun beynəlxalq əlaqələri və qlobal elm-təhsil mühitində mövqeyi;
- Universitetin fakültələri, elmi məktəbləri, professor-müəllim heyətinin fəaliyyəti;
- Tələbə həyatı və mədəni-mənəvi ənənələr.
Məqalələrə verilən tələblər:
-
Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində yazıla bilər.
-
Bütün məqalələrin Azərbaycan və ingilis dillərində 250-300 sözdən ibarət xülasələrinin olması zəruridir.
-
Məqalələrdə müəllifin adı və soyadı, e-mail ünvanı, elmi dərəcəsi, elmi adı, təmsil etdiyi müəssisə, tutduğu vəzifəsi, ORCİD İD ünvanı mütləq qeyd edilməldir.
-
Məqalələrin həcmi 8–15 səhifə arası olmalıdır;
-
Ədəbiyyat siyahısı və istinadlar Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının dissertasiyalar üçün müəyyənləşdirdiyi tələblərə uyğun şəkildə tərtib edilməldir.
Məqalələrin göndərilməsi üçün son tarix: 30.09.2025
Məqalələrinizi elektron formatda science.journal@bsu-uni.edu.az ünvanına göndərə bilərsiniz.
BSU-nun tarixi və inkişaf yolu
-
- Bakı Slavyan Universiteti keçilən yol və gələcək inkişaf prioritetləri – Anar Nağıyev, Bakı Slavyan Universitetinin rektoru
- BSU-nun Elmi əsərlər jurnalı: keçilən yola qısa nəzər
- Görkəmli şəxsiyyətlərin BSU ilə əlaqələri
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Bakı Slavyan Universitetində: xatirələr və nitqləri
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bakı Slavyan Universiteti
- Xarici ölkələrin dövlət və hökumət başçıları Bakı Slavyan Universitetində
- BSU-nun görkəmli simaları
- Universitetin Azərbaycan təhsil mühitində rolu və yeri;
BSU – Azərbaycanda və Qafqazda slavyanşünaslığın əsas mərkəzi kimi
BSU və Azərbaycan təhsilinin ilkləri
BSU- Azərbaycanşünaslıq mərkəzi kimi
BSU – inkilüzivlik mərkəzi kimi
-
BSU-nun beynəlxalq əlaqələri və qlobal elm-təhsil mühitində mövqeyi
- BSU-nun beynəlxalq əlaqələri
-
Universitetin fakültələri, elmi məktəbləri, professor-müəllim heyətinin fəaliyyəti;
-BSU-nun görkəmli alimləri
-BSU-da formalaşan elmi məktəblər
- Tələbə həyatı və mədəni-mənəvi ənənələr.
- BSU: tələbəyönümlülük və tələbə təşkilatları
