23 Fevral 2026

JURNAL HAQQINDA

Elmi əsərlər” jurnalının tarixi 1955-ci ildən başlayır. O vaxtdan bəri, müxtəlif dövrlərdə, müxtəlif adlarla nəşr olunan jurnal 2004-cü ildə 25 illik fasilədən sonra yenidən nəşr edilməyə başlanmışdır. 2021-ci ildən etibarən “Elmi əsərlər” jurnalının müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində bir sıra işlər görülmüş, jurnalın daha keyfiyyətli şəkildə nəşr edilməsi üçün redaksiya heyəti yenidən formalaşdırılmışdır. Bu prosesin reallaşdırılmasını həm müasir dünya elmindəki inkişaf meyilləri, həm də 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyində ölkəmizin 44 günlük savaşda qazandığı möhtəşəm qələbə şərtləndirmişdir. Bu baxımdan jurnalın redaksiya heyətinin qarşısında ciddi elmi tədqiqatlar nəticəsində əldə edilmiş mühüm elmi nəticələri əks etdirən məqalələrin toplandığı, müasir elmi standartlara cavab verən bir jurnalın formalaşdırılması vəzifəsi dayanır.

Uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən elmi nəşrlərin siyahısında yer almış jurnalın əsas hədəfi beynəlxalq elmmetrik bazalara daxil olmaqdır.