23 Fevral 2026

MƏQSƏDLƏR VƏ ƏHATƏ DAİRƏSİ

Bakı Slavyan Universitetinin “Elmi əsərlər” jurnalı çap olunan məqalələrə açıq girişi təmin edən, resenziyalı jurnaldır.  Hər il İctimai-siyasi elmlər seriyası üzrə jurnalın 2, Dil və ədəbiyyat seriyası üzrə 2 nömrəsi həm çap, həm də onlayn versiyalarda nəşr olunur. Jurnal Azərbaycanda nəşr olunur, lakin dünyanın hər yerindən müəlliflərin məqalələrini qəbul edir.

Jurnal orijinal məqalələr, icmal məqalələr, kitab icmalları və xüsusi nömrələr dərc edir.

Bakı Slavyan Universitetinin “Elmi əsərlər” jurnalının məqsədi humanitar və sosial elmlərin inkişafı, bu elmlər sahəsində yeniliklərin artırılması və tanınması, eyni zamanda dünyanın aparıcı humanitar və sosial elmlər jurnalları arasında fərqlənməkdir.

Bakı Slavyan Universitetinin “Elmi əsərlər” jurnalında dərc olunan məqalələr və hər hansı digər materiallar müəllif(lər)in fikirlərini əks etdirir və Redaksiya Heyətinin fikirlərini əks etdirən hesab edilməməlidir.

Məqalələrin müəllif hüquqları məqalələr çapa qəbul edildikdən sonra jurnala məxsusdur. Bununla belə, istifadəçilərə məqalələrin bioqrafik məlumatlarından düzgün sitat gətirmək şərti ilə naşirdən və ya müəllifdən əvvəlcədən icazə almadan bu jurnaldakı məqalələrin tam mətnlərini oxumaq, yükləmək, surətini çıxarmaq, çap etmək, axtarış etmək və ya onlara keçid etmək icazəsi verilir.